Azərbaycanda gümüş istehsalı kəskin azalıb

12:27 - 22.10.2024


22 oktyabr, Fineko/abc.az.  2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 2 308 ton gümüş istehsal edilib.

ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə gümüş istehsalı 720 ton və ya 23,8% azalıb.

2023-cü ilin yanvar-sentyabr aylarında bu göstərici 3 028 ton təşkil edib.

01.10.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 663,5 ton təşkil edib ki, bu da illik müqayisədə 597,5 ton və ya 10,1 dəfə çoxdur.

Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 66 ton olub.