12:27 - 22.10.2024
22 oktyabr, Fineko/abc.az. 2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 2 308 ton gümüş istehsal edilib.
ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə gümüş istehsalı 720 ton və ya 23,8% azalıb.
2023-cü ilin yanvar-sentyabr aylarında bu göstərici 3 028 ton təşkil edib.
01.10.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 663,5 ton təşkil edib ki, bu da illik müqayisədə 597,5 ton və ya 10,1 dəfə çoxdur.
Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 66 ton olub.
25 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026