17:17 - 18.10.2024
18 oktyabr, Fineko/abc.az. Azərbaycana məxsus özəl neft-qaz qrupu “GL Group” şirkəti Türkiyədə təbii qazın kəşfiyyatı və hasilatı layihəsinə daxil olub.
ABC.AZ xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
“GL Group”, Türkiyənin şimal-qərbindəki F17-b4 blokunun inkişafı üçün lisenziyaya sahib olan Kanadaya məxsus “Gazelle Energy Limited” (GEL) şirkətinin səhmlərinin 25%-ni satın alıb.
Azərbaycan şirkəti də həmçinin GEL Direktorlar Şurasının üzvü olacaq.
13 Avqust 2026
13 Avqust 2026