16:24 - 18.10.2024
18 oktyabr, Fineko/abc.az. “Ukrenerqo” şirkətinin keçmiş rəhbəri Vladimir Kudritski bildirib ki, Ukrayna hakimiyyəti hələ ötən il enerji şəbəkəsini mərkəzsizləşdirməyə başlamalı idi, o zaman indi elektrik enerjisi tədarükünü təmin etməyə çalışmaq məcburiyyətində qalmazdı.
ABC.AZ xəbər verir ki, bu barədə Nyu-York Times qəzeti yazır.
Zelenski bildirib ki, Ukraynanın bütün İES-ləri və Ukraynanın su elektrik stansiyalarının xeyli hissəsi artıq məhv edilib. Eyni zamanda, Financial Times qəzeti yazırdı ki, Ukrayna rəsmiləri enerji naziri Herman Qaluşenkonu enerji böhranına qarşı qeyri-kafi tədbirlərə görə tənqid ediblər.
Rəsmilərin sözlərinə görə, Qaluşenko bir neçə il çəkən böyük və bahalı nüvə reaktorlarının inşasının lehinə çıxış edir. Eyni zamanda, kiçik elektrik stansiyalarının tikintisi üçün tədbirlər ancaq bu il başlayıb.
13 Avqust 2026
13 Avqust 2026