Xəzər boru kəməri konsorsiumu bu il 65 milyon ton neft nəql etməyi planlaşdırır 

16:05 - 4.10.2024


4 oktyabr, Fineko/abc.az. Xəzər boru kəməri konsorsiumu (XBKK) 2024-cü ildə 65 milyon ton neft nəql etməyi planlaşdırır, proqnoz isə ilkin planlaşdırılmış göstəricilərə nisbətən 7% azalıb. 

ABC.AZ xəbər verir ki, beləliklə, Tengiz yatağından nəql 7,9 milyon ton azalma, Kaşaqan yatağından isə 3,3 milyon ton artım, planlaşdırılan həcmlərdən ümumi sapma 4,8 milyon tondur.

30 iyun 2024-cü il tarixinə göndərmə 33,2 milyon ton təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1 milyon çoxdur.