Valyuta hərracı yekununda dolların manata qarşı məzənnəsi Azərbaycanda dəyişmədi

14:55 - 24.08.2018


24 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı Dövlət Neft Fondunun iştirakı ilə bu gün hərrac keçirmişdir.

“Avqustun  24-də Azərbaycan Mərkəzi Bankı və Dövlət Neft Fondu hərrac keçirmişdir.  Valyuta hərracının yekununda ortaçəkili məzənnə 1,7000 AZN/1 USD təşkil etmişdir”, - məlumatda belə deyilir.

Avqustun 21-də keçirilmiş daha əvvəlki valyuta hərracında ortaçəkili məzənnə həmçinin  1,7000 AZN/1 USD təşkil etmişdir.