Fransa Ermənistanın atom energetikasının inkişafında iştirak etmək istəyir

14:59 - 25.07.2024


25 iyul, Fineko/abc.az. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Fransanın atom elektrik stansiyaları üçün avadanlıqların hazırlanması və istehsalı ilə məşğul olan “Framatome” şirkətinin nümayəndə heyətinin üzvləri ilə görüşdə Fransa tərəfinin Ermənistanda nüvə enerjisinin inkişafında maraqlı olmasının vacibliyini vurğulayıb.

ABC.AZ xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

2023-cü ilin noyabr ayında Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan etmişdi ki, Ermənistanın qarşısında atom elektrik stansiyasının yeni enerji blokunun tikintisi vəzifəsi durur və Yerevan Rusiya, ABŞ, Cənubi Koreyadan olan həmkarları ilə danışıqlar apararaq, hansı təkliflərin kommersiya və səmərəlilik baxımından faydalı olacağını anlamağa çalışır.