17:01 - 20.08.2026
20 avqust, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyevin təsdiqlədiyi "Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda xarici turist axınını stimullaşdırmaq məqsədilə vacib yeniliklər əks olunub.
Sənəddə distant çalışan xaricilər üçün yeni "rəqəmsal səyyah" (digital nomad) viza altnövünün təsis edilməsi, eləcə də gəlmə turizminin inkişafı üçün çoxdəfəlik elektron vizaların verilməsi və sərhəddə viza rejiminin tətbiq sahəsinin genişləndirilməsi nəzərdə tutulub.
Bundan başqa, Proqrama əsasən ümumvətəndaş pasportuna malik 34 hədəf ölkənin vətəndaşları üçün vizasız gediş-gəliş rejiminin tətbiqi planlaşdırılır. Eyni zamanda, hava nəqliyyatı ilə sərnişindaşıma siyasətinin turizm sektoru ilə uzlaşdırılması, turizm subyektlərinin təsnifatının və vahid reyestrinin aparılması mexanizmlərinin təkmilləşdirilməsi də hədəflər sırasındadır.
18 Avqust 2026