Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 5%-ə yaxın artıb

11:43 - 15.07.2024


15 iyul, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 20 milyard 540,7 milyon kubmetr qaz nəql edilib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,3 % artım müşahidə olunub.

Hesabat dövrünə qazın nəqlinin 55,6 %-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.

Bu kəmərlə 11 milyard 418,9 milyon kubmetr qaz ötürülüb. Bu, 2023-cü ilin ilk yarım ili ilə müqayisədə 4,6 % çoxdur.