SOCAR bu ölkədə neft satan şirkətlər arasında ən çox vergi verəndir

14:26 - 1.07.2024


1 iyul, Fineko/abc.az. Bu ilin birinci rübündə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı “SOCAR Ukraine” törəmə şirkəti yanacaq satışından ən çox vergi ödəyən şirkət olub.

ABC.AZ xəbər verir ki, bu barədə “Unian” bildirib. Belə ki, bu barədə Ukraynanın Sosial-İqtisadi Transformasiya İnstitutunun (ISET), CASE analitik mərkəzinin və İqtisadi Ekspert Platformasının mütəxəssisləri tərəfindən aksizli mallarda “kölgə” payının və onun dinamikasının müəyyən edilməsi üzrə araşdırmasında deyilir.

Məlumata görə, həmçinin “SOCAR Ukraine” işçilərinə görə ən çox vergi ödəyən ikinci şirkət olub.

Xatırladaq ki, ötən ilin üç rübündə “SOCAR Ukraine” yanacaq satışına görə ən çox vergi ödəyən şirkət olub, iki rübündə isə işçilərinə görə ən çox vergi ödəyən şirkətlər arasında lider olub.