"Samsung" rekordu yeniləyir: Səhmdarlara 72 milyard dollarlıq tarixi paket

21:12 - 20.08.2026


20 avqust, Fineko/abc.az. Cənubi Koreyanın texnologiya nəhəngi "Samsung Electronics" avqust ayının sonunda keçiriləcək İdarə Heyətinin iclasında səhmdarlara ödənişlərlə bağlı ümumi dəyəri 100 trilyon vonu (71,75 milyard dollar) keçən yeni proqramını təsdiqləməyə hazırlaşır.

Süni intellekt bumu fonunda yarımkeçiricilər bazarında yaşanan rekord mənfəətdən qaynaqlanan xüsusi dividendlərin paylanmasını nəzərdə tutan bu proqrama şirkətin sərbəst pul axınının (FCF) 50%-i yönəldiləcək.

Qeyd edək ki, "Samsung"un əsas yerli rəqibi olan "SK Hynix" bir gün əvvəl 40 trilyon vonluq (təxminən 28,7 milyard dollar) səhm geri alımı və ləğvi planını elan edərək ölkə tarixində rekord göstəriciyə imza atmışdı. İndi isə "Samsung" bu göstəricini iki dəfədən çox üstələməyə hazırlaşır.