21:34 - 20.08.2026
20 avqust, Fineko/abc.az. Almaniya Federal Bankı ("Bundesbank") yayımladığı aylıq hesabatında ölkə iqtisadiyyatının rəsmi olaraq bərpa yoluna qədəm qoyduğunu bəyan edib.
Bankın analitiklərinə görə, hətta Yaxın Şərqdəki hərbi münaqişə və Ren çayındakı rekord aşağı su səviyyəsinin yaratdığı nəqliyyat çətinlikləri də bu müsbət dinamikanı zəiflədə bilməyib. ÜDM-in üçüncü rübdə də artacağı gözlənilir.
Hesabatda həmçinin qeyd olunur ki, Yaxın Şərq böhranı fonunda yaranan enerji şoku Almaniyada əməkhaqqı inflyasiyasına gətirib çıxarmayıb. İkinci rübdə ölkə üzrə əməkhaqqı artımı tempi 2,8%-dən 2,6%-ə qədər zəifləyib. Birdəfəlik ödənişlər nəzərə alınmadıqda isə bu göstərici 3,3%-dən 2,6%-ə düşərək inflyasiya təzyiqlərinin azaldığını göstərib.