Azərbaycan qazının satış qiyməti qaldırıldı – "Şahdəniz"dən vergi daxilolmaları 25% artacaq

14:32 - 18.08.2026


18 avqust, Fineko/abc.az. 2026-cı il dövlət büdcəsinin daxilolmaları hesablanarkən Azərbaycan qazının bütün istiqamətlər üzrə 1 000 kubmetrinin orta satış qiyməti 35 dollar artırılaraq 296 ABŞ dolları müəyyən edilib.

Maliyyə Nazirliyinin hesabatına əsasən, bu qiymət artımı nəticəsində "Şahdəniz" layihəsi üzrə podratçı şirkətlərin mənfəət vergisi daxilolmalarının 400 milyon manat və yaxud 25% artaraq 2 milyard manata çatacağı gözlənilir.

Ümumilikdə neft-qaz sektoru üzrə gözlənilən vergi daxilolmalarının (4 mlrd. 250 mln. manat) 41,2%-ni SOCAR-ın ödənişləri, 47,1%-ni "Şahdəniz", 11,8%-ni (500 mln. manat) isə "Azəri-Çıraq-Günəşli" layihəsi çərçivəsində ödənilən mənfəət vergisi təşkil edəcək.