11:19 - 14.06.2024
14 iyun, Fineko/abc.az. Azərbaycanın 2024-cü ilin ilk beş ayında xaricə ixrac etdiyi təbii qazdan gəlirləri ötən ilin müvafiq dövründən 51 faiz az olub.
ABC.AZ Dövlət Gömrük Komitəsinin statistik göstəricilərinə istinadən xəbər verir ki, ilin ilk 5 ayında təbii qazın ixrac həcmi 9.913 mlrd. kub-metr, ondan valyuta gəlirləri isə 3 mlrd. 451.14 mln. dollar təşkil edib.
Təbii qazdan ixrac gəlirlərinin düşməsində ixracın payı olsa da əsas faktor qiymətlərin öncəki ildən daha aşağı olmasıdır. İxracın həcmi illik cəmi 16 faiz az olub.
2023-cü ilin ilk 5 ayında ölkənin xaricə ixrac etdiyi təbii qazın hər 1000 kub-metrinin qiyməti təqribən 614 dolların üzərində olsa da, cari ilin müvafiq dövründə bu rəqəmlər 348 dollar olub. Bu da qiymətlərin illik 43% daha ucuz olması deməkdir.
18 Avqust 2026