10:37 - 11.06.2024
11 iyun, Fineko/abc.az. ABŞ-ın “Intel” korporasiyası İsraildə 25 milyard dollar dəyərində zavod tikmək planlarını təxirə salıb.
ABC.AZ xəbər verir ki, bu, İsrailin Calcalist maliyyə xəbərləri saytında yayımlanan hesabatda deyilir. Şirkət özü isə bu xəbərləri təsdiqləməyib və təkzib etməyib.
Eyni zamanda, bu məlumatın nə qədər doğru olduğuna dair suala cavab verən Intel, İsrailin hələ də şirkət üçün dünyanın əsas istehsal və tədqiqat mərkəzlərindən biri olduğunu və hələ də bölgəyə tam sadiq qaldığını deyib.
2023-cü ilin dekabrında İsrail hökuməti çip zavodunun tikintisi üçün “Intel”ə 3,2 milyard dollarlıq qrandın ayrılmasını təsdiqləmişdi. “Intel”, öz növbəsində bildirmişdir ki, bu zavod “Intel” şirkətin Avropa və ABŞ-dakı investisiyaları ilə yanaşı daha davamlı qlobal tədarük zənciri yaratmaq səylərinin vacib bir hissəsidir.
12 Avqust 2026
13 Avqust 2026
12 Avqust 2026