İran və Səudiyyə Ərəbistanı birbaşa uçuşlara başlamaq barədə razılığa gəliblər

11:16 - 6.05.2024


6 may, Fineko/abc.az. İranın xarici işlər naziri Hüseyin Əmir Abdollahiyan və onun Səudiyyə həmkarı Şahzadə Feysal bin Fərhan əl Səud bir gün əvvəl Banjulda (Qambiya) İslam əməkdaşlıq Təşkilatının sammitinin kuluarlarında danışıqlar aparıblar.

ABC.Azxəbər verir ki, görüş zamanı tərəflər iki ölkə arasında münasibətlərin düzgün yolda olduğunu vurğuladılar və birgə ticarət-iqtisadi əməkdaşlığı dostluq və mehriban qonşuluğun möhkəmləndirilməsində mühüm addım kimi qiymətləndirdilər.

"Xarici İşlər Nazirləri işgüzar vizaların verilməsinin sadələşdirilməsi və ölkələr arasında birbaşa uçuşların yaradılması barədə fikir mübadiləsi aparıblar və razılığa gəliblər", — məlumatda deyilir.