Amazon süni intellekt texnologiyası ilə mağazalarını bağlayır

15:23 - 3.04.2024


3 aprel, Fineko/abc.az. Amerikanın “Amazon” şirkəti, ABŞ-dakı süni intellektə əsaslanan "götür və get" texnologiyası ilə mağazalarını bağlayır. Burada alıcılar mal götürüb sadəcə mağazadan çıxa bilər, sensorlar isə məlumatları oxuyur və ödəniş alırdılar.

ABC.AZ xəbər verir ki, qeyd olunur ki, "götür və get" texnologiyası ilə mağazaların bağlanmasının əsas səbəbi, ödəmə sistemini tam avtomatlaşdırmağın mümkünsüzlüyü olub. 

"Götür və get" mağazalarının əvəzinə “Amazon”, "Dash Cart" texnologiyasına diqqət yetirməyə hazırlaşır. Bu texnologiyada, alıcıların hansı məhsulları qoyduğunu “anlayan” ağıllı səbətlər tətbiq olunacaq.