Neft bahalaşır, Brent bir barel üçün $83,44 təşkil edir

09:08 - 29.01.2024


29 yanvar, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri keçən həftə artdıqdan sonra bazar ertəsi hərracda yüksəlir.

Londonun ICE Futures birjasında Brent markalı neftin aprel fyuçerslərinin qiyməti saat 09:04 – ə qədər $0,49 (0,59%) artaraq bir barel üçün $83,44-a çatıb. 26 yanvar ticarətinin nəticələrinə görə, Brent markalı neftin aprel fyuçersləri $0,99 (1,21%) artaraq bir barel üçün $82,95-a yüksəlib.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin mart fyuçerslərinin qiyməti saat 09:04-də $0,46 (0,59%) artaraq bir barel üçün $78,47-a çatıb. 26 yanvar ticarətinin nəticələrinə görə, WTI neftinin mart fyuçerslərinin qiyməti $0,65 (0,84%) artaraq bir barel üçün $78,01-a çatıb.

Ötən həftə Brent markalı neft 6,35%, WTI markalı neft nest isə 6,50% bahalaşıb.