20:01 - 8.01.2024
8 yanvar, Fineko/abc.az. Amerikanın Floridadakı Canaveral kosmodromundan Peregrine aparatı ilə “Vulcan Centaur” fəzaya qalxıb. Peregrine aparatı Ayda eniş etməlidir.
ABC.AZ xəbər verir ki, United Launch Alliance (ULA) yanvarın 8-də öz saytında uçuşu canlı yayımlayır.
“Vulcan” ilk uçuşunda Aya enməsi üçün Peregrine aparatını yüksək eliptik orbitə çıxmalıdır. Beş tədqiqat aləti ilə təchiz edilmiş aparatın fevralın 23-də Ayın Sinus Viscositatis (Özlülük körfəzi) ərazisinə enməsi gözlənilir.
14 Avqust 2026
14 Avqust 2026