16:22 - 8.01.2024
8 yanvar, Fineko/abc.az. Almaniya avtomobil istehsalçısı “Volksvagen”, Emden şəhərindəki zavodunda istehsalını dayandırdı. Səbəb fermerlərin genişmiqyaslı etirazlarıdır.
ABC.AZ xəbər verir ki, məlumata görə, etirazçılar fabrikin ərazisinə girişləri bağlayıblar, işçilər işə gedə bilmirlər. İstehsalın yanvarın 9-da bərpa ediləcəyi gözlənilir.
Daha əvvəl Almaniya fermerləri güzəştlərin ləğvinə qarşı etirazlar başlayıblar. Almaniyanın müxtəlif yerlərində bir neçə federal magistral yolda qovşaqları bağlayıblar. Berlində 17 İyun küçəsi nəqliyyat vasitələri üçün əlçatmazdır, bu gün nümayiş planlaşdırılır - fermerlər Brandenburq qapısına yüzlərlə traktor sürüb gətiriblər.
Etirazlar seriyası yanvarın 15-dək davam edəcək, həmin gün Berlində böyük bir aksiya keçiriləcək.
13 Avqust 2026
13 Avqust 2026