“Saudi Aramco” Asiya üçün neft qiymətlərini iki il ərzində minimuma endirib

15:23 - 8.01.2024


8 yanvar, Fineko/abc.az. Səudiyyə Ərəbistanının neft-qaz dövlət şirkəti Saudi Aramco Asiyadan olan alıcılar üçün, həmçinin ABŞ və Avropa üçün neftin satış qiymətlərini iki ildən artıq müddətdə minimuma endirib.

ABC.AZ xəbər verir ki, məlumata görə, Səudiyyə Ərəbistanının aparıcı neft ixracatçısı bazar günü Asiyadan olan alıcılar üçün əsas neft markası “Arab Light”ın fevral qiymətini 27 ay ərzində ən aşağı səviyyəyə endirib.

Xüsusilə, Asiyadan olan alıcılar üçün “Arab Light” markasının qiyməti bir barelə 2 dollar azalıb. Beləliklə, Oman/Dubai çeşid səbətinin qiymətindən bir barelə 1,5 dollar çox olacaq. Bildirilir ki, bu göstərici sonuncu dəfə 2021-ci ilin noyabrında bu səviyyədə olub. “Saudi Aramco”, Asiya üçün Extra Light, Arab Medium və Arab Heavy markalarının qiymətini də 2 dollar azaldıb.