18:01 - 7.01.2024
7 yanvar, Fineko/abc.az. Hindistanın Günəş tədqiqatı üzrə “Aditya-L1” kosmik stansiyası, müşahidələrin aparılacağı yerdən 1 milyon km məsafədə yerləşən L1 Laqranj nöqtəsi bölgəsindəki halo orbitinə uğurla yerləşdirilib.
ABC.AZ xəbər verir ki, bu barədə Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) məlumat verib.
Qeyd olunur ki, "Aditya-L1" tədqiqat stansiyası Günəş və Yerin maneəsiz və fasiləsiz müşahidəsi üçün L1 Laqranj nöqtəsində yerləşən Hindistan günəş rəsədxanasıdır.
Qeyd etmək lazımdır ki, Lagrange nöqtəsi, Yerlə Günəş arasındakı cazibə qüvvələrinin tarazlıq vəziyyətinə gəldiyi və müşahidə məqsədləri üçün sabit bir mövqe seçməsinə imkan verən unikal bir sahədir.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026