10:45 - 20.12.2023
20 dekabr, Fineko/abc.az. 24 yanvar 2024-cü il tarixində saat 12:00-da gömrük hərracına çıxarılan dövlət mülkiyyətinə keçirilmiş nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.
ABC.AZ-ın məlumatına görə, hərrac 24 yanvar 2024-cü il tarixində saat 12:00-da Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcəkdir.
Məlumatın dərc olunduğu gündən hərracda iştirak etmək üçün sifariş vermiş (əmlakın start qiymətinin 5%-i həcmində beh və iştirak haqqını ödəmiş) şəxslərə satışa çıxarılan əmlak ilə qabaqcadan tanış olmaq imkanı yaradılır (hər həftənin cümə axşamı, saat 14:00-17:00).
Əmlaklar “Azərterminalkompleks” Birliyinin anbarında yerləşir.
14 Avqust 2026