14:20 - 7.12.2023
7 dekabr, Fineko/abc.az. Yandex, YandexGPT 2 dil modeli əsasında yaradılan “Alisa” səs köməkçisinin yeni versiyasının beta testi üçün müraciətlərin qəbulunu açdı.
ABC.AZ xəbər verir ki, yenilənmiş köməkçi ardıcıl dialoqu davam etdirə və əvvəlki replikaları nəzərə alaraq suallara daha dəqiq cavab verə biləcəkdir.
Bundan əlavə, “Alisa” internetdəki bütün biliklərə giriş əldə edəcək və cavab olaraq istifadə edə biləcəkdir.
Yeni “Alisa”da uşaqların inkişafı üçün əlavə oyunlar və dərslər olacaq. Bundan əlavə, qohumlarla tez bağlantı üçün “qohumların köməyi” funksiyası əlavə olunacaq.
14 Avqust 2026
14 Avqust 2026