16:07 - 6.12.2023
6 dekabr, Fineko/abc.az. İranın ən yeni bioloji kapsulu çərşənbə günü səhər yerli istehsalı olan "Salman" raket-daşıyıcısının köməyi ilə uğurla fəzaya buraxılıb.
ABC.AZ xəbər verir ki, biokosmik kapsulun fəzaya buraxılması insanları kosmosa göndərmək planının icrasına uyğundur. Bu baxımdan zəruri texnologiyaları inkişaf etdirmək və əldə etmək məqsədi ilə yer səthindən 130 km yüksəkliyə buraxılmışdır.
500 kq ağırlığında kapsul İran Kosmik Agentliyi tərəfindən sifariş edilib.
14 Avqust 2026
14 Avqust 2026