Azərbaycanda ət ucuzlaşdı – Video

12:31 - 27.10.2023


27 oktyabr, Fineko/abc.az. Son vaxtlar ətin bahalaşacağı deyilir. Sosial şəbəkələrdə istifadəçilər tez-tez belə məlumatlar paylaşırlar. İddia olunur ki, yem bazasının bahalaşması qiymətləri artıracaq.

ABC.AZ Xəzər TV-yə istinadən xəbər verir ki, sözügedən məsələlərin fonunda qiymətlərin qalxıb-qalxmayacağını öyrənmək üçün həm bölgələrdə, həm də paytaxtdakı vəziyyəti araşdırdıq.

Məlum oldu ki, Tovuzda yem heç də bahalaşmayıb, əksinə, ucuzlaşıb.

Rayondakı qəssab dükanlarında isə yemlərin baha olduğu və bunun qiymətlərə də təsir etdiyi deyildi.

Otun qiymətinə gəlincə isə, hazırda Tovuzda yonca bağlaması 6-7 manat arasında dəyişir. Adi ot bağlaması isə 3-5 manatdır.

Satıcılar deyirlər ki, qış ayları sərt keçərsə bağlamaların bahalaşacağı gözlənilir. Bu da ətlik heyvanların qiymətinə təsir edəcək.

Bərdədə isə ətin ucuzlaşdığını, otun bahalaşdığını deyirlər.

Ötən ay 5 manata satılan ot bağlaması indi 6-7 manatdır.

Mövzu ilə bağlı videomaterialı təqdim edirik: