12:25 - 20.08.2026
20 avqust, Fineko/abc.az. Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Aparat rəhbəri Cəmşid Əmirov keçirilən mətbuat konfransındakı çıxışında “Güzəştli mənzil” sistemində mənzil seçimi prosesi ilə bağlı bir sıra vacib yenilikləri diqqətə çatdırıb.
Cəmşid Əmirovun sözlərinə görə, tətbiq edilən əsas dəyişikliklər bunlardır:
Sürətli təsdiq (İmzalama ləğv olundu): Mənzil seçildikdən sonra ərizənin elektron imza ilə imzalanıb təqdim edilməsi tələbi aradan qaldırılıb. Vətəndaş “Təsdiq et” düyməsini sıxdığı an dərhal “Ərizəçi” statusu alacaq, bu da vaxt itkisinin qarşısını alacaq.
Ayrılmış addımlar: Sistemdə layihənin adı, ödəniş üsulu və mənzil seçimi üsullarının hər biri ayrılıqda yeni səhifələrdə yerləşdiriləcək.
Demo satış və təhlükəsizlik: MİDA-nın saytında “Mənzillər”, sistemdə isə “Demo satış” bölməsi istifadəyə verilib. Həmçinin seçim prosesinə əlavə təhlükəsizlik tədbirlərinin tətbiq olunacağı bildirilib.