17:09 - 31.08.2023
31 avqust, Fineko/abc.az. İtaliyanın “Alfa Romeo” şirkəti “33 Stradale” sportkarını təqdim edib.
ABC.AZ xəbər verir ki, bu barədə motor1.com saytı məlumat yayıb.
Məlumata görə, avtomobil məhdud sayda buraxılacaq. Üstəlik, idman avtomobilinin bütün 33 nüsxəsi rəsmi təqdimatdan əvvəl satılıb. Yeni modelin qiyməti barədə məlumat verilməsə də, bəzi mənbələrə görə o, 1 milyon dollar təşkil edəcək. Bu da onun iddia edilən rəqibi “Maserati MC20”dən beş dəfə bahadır.
Həmçinin, avtomobil 750 at gücündən çox gücə malik elektrik stansiyası ilə təchiz ediləcək. Enerji ehtiyatı – 450 km-dir.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026