14:04 - 28.08.2023
28 avqust, Fineko/abc.az. Azərbaycanda nəqliyyat vasitələrinin parklanmasına görə ödənişlərin nağdsız qaydada həyata keçirilməsi üçün hazırlanmış "AzParking" mobil tətbiqini indiyə qədər 69 990 nəfər yükləyib.
ABC.AZ xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, yeniliyin tətbiq olunduğu 3 həftə ərzində (7-27 avqust) 2 816 nəfər balansın artırılması əməliyyatı həyata keçirib.
Mobil tətbiqi həm “App Store”, həm də “Google Play Store”dan yükləmək olar.
18 Avqust 2026
17 Avqust 2026