“Uniqlo” Rusiyanı birdəfəlik tərk edir

14:49 - 22.08.2023


22 avqust, Fineko/abc.az. Yaponiyanın geyim brendi olan “Uniqlo” Rusiyadakı bütün mağazaları üçün icarə müqavilələrini ləğv edib. 

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Vedomosti” qəzeti yapon şirkətinin tərəfdaşlarından birinə və ticarət mərkəzlərinin sahiblərinə istinadən yazıb.

Nəşr qeyd edib ki, bununla da “Uniqlo” Rusiya Federasiyasındakı fəaliyyətini başa vurub. İcarə müqavilələrinə xitam verməklə yanaşı, şirkət bütün işçilərini işdən çıxararaq hər birinə 11 maaş ödəyərək, yapon menecerləri başqa ölkələrə köçürüb.

Qeyd edək ki, 2022-ci ilin mart ayında “Uniqlo” mağazalar şəbəkəsini idarə edən "Fast Retailing Co." Rusiyada fəaliyyətini dayandırdığını elan edib.