İctimai iaşə dövriyyəsi artıb

12:23 - 18.08.2023


18 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarında ictimai iaşə dövriyyəsi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 22,4 faiz artaraq 1 milyard 128,6 milyon manat olub.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,5 faizi hüquqi şəxslərin, 49,5 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 23,8 faiz artaraq 564,4 milyon manat olub.