11:45 - 18.08.2023
18 avqust, Fineko/abc.az. Cari ilin altı ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə topdansatış ticarət dövriyyəsi 6,9 faiz artaraq 15 milyard 187,1 milyon manata bərabər olub.
Bu barədə ABC.AZ Dövlət Statistika Komitəsinə istinadla xəbər verir.
Qeyd olunur ki, dövriyyənin 32,8 faizi ərzaq məhsullarının, 10,8 faizi içkilər və tütün məmulatlarının, 12,6 faizi bərk və maye yanacaqların, 7,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 4,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 2,5 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 1,6 faizi elektrik malları və mebellərin, 27,6 faizi isə digər qeyri-ərzaq mallarının topdan satışı sayəsində formalaşıb.