10:26 - 11.07.2023
11 iyul, Fineko/abc.az. Azərbaycanda kəllə qənd istehsalı ilə məşğul olan “Bolluq” MMC-nin istehsal müdiri məhkəmə qarşısına çıxarılıb.
ABC.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, Abşeron Rayon Məhkəməsində keçirilən prosesdə Nadir Tağıyev (ad-soyad şərtidir) malın keyfiyyətinə dair istehlakçıları aldatmaqla təqsirləndirilib.
Belə ki, şirkətin Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci köndələn 5 ünvanında yerləşən istehsalat müəssisəsində satış üçün hazırlanan qəndlərin tərkibinə normadan artıq kükürd dioksid vurulub.
Bu addım qəndin ağardılmasına hesablanılıb.
Adiyyəti dövlət qurumlar tərəfindən şirkətin Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 13-cü kilometrdə yerləşən anbarında aparılan yoxlamalar nəticəsində 33.243,81 manat dəyərində “Oman”, “Əla keyfiyyətli kəllə qənd” və “Bolluq” markası ilə müxtəlif çəkidə qablaşdırılmış qəndlər aşkarlanıb.
18 Avqust 2026
17 Avqust 2026