09:00 - 21.06.2023
21 iyun, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti dünənki enişdən sonra çərşənbə günü ticarətində yüksəlir.
London ICE Futures birjasında Brent markalı neftin avqust fyuçerslərinin qiyməti saat 08:58-ə qədər $0,40 (0,53%) artaraq bir barelə $76,30-a çatıb. 20 iyunda keçirilən ticarətinin nəticələrinə görə, Brent markalı neftin avqust fyuçersləri $0,19 (0,25%) ucuzlaşaraq bir barel üçün $75,90-a düşdü.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin avqust fyuçerslərinin qiyməti saat 08:58–də $0,43 (0,60%) artaraq bir barelə $71,62-a yüksəldi. 20 iyun ticarətinin nəticələrinə görə, WTI neftinin avqust fyuçerslərinin qiyməti $0,12 (0,17%), bir barelə $71,19-a düşdü.
24 Avqust 2026
24 Avqust 2026
22 Avqust 2026