Neft ucuzlaşır, Brent bir barel üçün $75,46 təşkil edir

09:25 - 16.06.2023


16 iyun, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti bir gün əvvəl artdıqdan sonra cümə günü hərracda azalır.

London ICE Futures birjasında Brent markalı neftin avqust fyuçerslərinin dəyəri saat 09:22 – ə qədər $0,21 (0,28%) azalaraq bir barelə $75,46-a düşüb. İyunun 15-də keçirilən hərracların nəticələrinə görə, Brent markalı neftin avqust fyuçersləri $2,47 (3,37%) artaraq bir barelə $75,67-a çatıb.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin iyul ayı fyuçerslərinin qiyməti saat 09:22 – ə $0,20 (0,28%) - bir barel üçün $70,42-a düşdü. İyunun 15-də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin iyul fyuçerslərinin qiyməti bir barelə $2,35 (3,44%) artaraq $70,62-a çatıb.