Neft bahalaşır, Brent bir barel üçün $74,56 təşkil edir

09:25 - 14.06.2023


14 iyun, Fineko/abc.az. Etalon markaların qiymətləri əvvəlki sessiyanın nəticələrinə görə 3,4% artdıqdan sonra çərşənbə günü ticarətdə yüksəlir.

London ICE Futures birjasında Brent markalı neftin avqust fyuçerslərinin dəyəri saat 09:20 – də $0,27 (0,36%) artaraq bir barelə $74,56-a çatıb. İyunun 13-də baş tutan Brent markalı neftin avqust fyuçersləri $2,45 (3,41%) artaraq bir barelə $74,29-a çatıb.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin iyul fyuçerslərinin qiyməti 09:20 – dək $0,16 (0,23%) artaraq bir barelə $69,58-a çatıb. İyunun 13-də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin iyul fyuçerslərinin qiyməti $2,30 (3,43%) artaraq bir barel üçün $69,42-a çatıb.