Azərbaycanda istehsalı artan neft məhsulları - Siyahı

17:29 - 13.06.2023


13 iyun, Fineko/abc.az. Bu ilin yanvar-may aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1759,4 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,4 faiz artıb.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a verilən məlumata görə, neft məhsullarının istehsalında neft koksunun istehsalı 73,3%, sürtkü yağlarının istehsalı 52,6%, avtomobil benzininin istehsalı 47,6%, qazoylların (dizel yanacağının) istehsalı 36,4 % artıb.

Məlumata görə, hesabat dövründə neft bitumu istehsalı 38,7%, mazut istehsalı isə 94,6% azalıb.