08:55 - 9.06.2023
9 iyun, Fineko/abc.az. Cümə günü keçirilən hərraclarda neftin etalon markalarının qiyməti aşağı düşür.
London ICE Futures birjasında Brent markalı neftin avqust fyuçerslərinin qiyməti saat 08:50–də $0,52 (0,68%) - bir barelə $75,44-a düşdü. İyunun 8-də keçirilən ticarətdə Brent markalı neftin avqust fyuçersləri $0,99 (1,29%) ucuzlaşaraq bir barelə $75,96-a düşüb.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin iyul ayı üçün fyuçerslərinin qiyməti saat 08:50–də $0,51 (0,72%) azalaraq bir barelə $70,78-a düşüb. İyunun 8-də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin iyul fyuçerslərinin qiyməti bir barelə $1,24 (1,71%) azalaraq $71,29-a düşüb.
24 Avqust 2026
24 Avqust 2026
24 Avqust 2026
24 Avqust 2026
22 Avqust 2026