15:40 - 16.05.2023
16 may, Fineko/abc.az. Mobil rabitə sektoru investisiyalar üçün daha cəlbedici sahədir.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bunu "Huawei" şirkətinin Yaxın Şərq və Mərkəzi Asiya üzrə operator biznes qrupunun prezidenti An Tszyan deyib.
Onun sözlərinə görə, mobil rabitəyə hər bir dollar investisiya üç dollar, inkişaf etməkdə olan ölkələrdə isə dörd dollar və daha çox gəlir gətirəcək.
"5G üç il ərzində 4G ilə beş il ərzində mümkün olanı etməyə imkan verdi. Bu gün bu şəbəkənin istifadəçilərinin sayı sürətlə artmaqdadır, həmçinin korporativ istifadəçilərin sayı artmaqdadır", - An Tszyan deyib.
14 Avqust 2026
14 Avqust 2026