14:54 - 16.05.2023
16 may, Fineko/abc.az. Azərbaycan rəqəmsal fərqi aradan qaldırmaq üçün infrastruktur layihələrinə sərmayə yatırmağa davam edir.
ABC.AZ istinadən xəbər verir ki, bunu Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda keçirilmiş beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, vəziyyəti həll etmək üçün lazımi infrastruktur və kibertəhlükəsizlik təmin edilməli, kadrlar inkişaf etdirilməlidir.
"Biz ölkə olaraq bu problemə kifayət qədər ciddi yanaşır və lazımi işlər görürük. 2024-cü ilin sonuna kimi bütün ev təsərrüfatlarını internetlə təmin etməyi planlaşdırırıq. Bu baxımdan infrastrukturun inkişafı işimizin vacib hissəsidir", - R. Nəbiyev deyib.
Nazir kibertəhlükəsizlik və rəqəmsal inkişaf məsələlərinin Azərbaycan hökumətinin gündəliyində olduğunu vurğulayıb.
14 Avqust 2026
14 Avqust 2026