14:26 - 16.05.2023
16 may, Fineko/abc.az. “Samsung” şirkəti yeni nəsil qatlana bilən smartfonları barədə açıqlama yayıb.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “SamMobile” portalının məlumatında deyilir. Məlumatda qeyd edilir ki, yeni smartfonlar planlaşdırıldığından daha tez təqdim ediləcək.
Ənənəvi olaraq avqust ayında “Galaxy Z” seriyalı cihazları nümayiş etdirən şirkət həm də, təqdimat tarixini də dəyişib. Belə ki, bu dəfə təqdimat iyulda baş tutacaq.
Mənbənin sözlərinə görə, “Galaxy Z Flip5” və “Galaxy Z Fold5” qatlanan qadcetlərinin rəsmi elanı iyulun 26-na planlaşdırılır. Təqdimat Cənubi Koreyanın paytaxtı Seulda baş tutacaq.
Yeni cihazların satışının başlanğıcı avqustun 11-də açıla bilər. İlkin məlumatlara görə, “Samsung” yarımkeçirici bölməsinin aşağı satışını kompensasiya etmək üçün daha əvvəl təqdimat keçirmək qərarına gəlib. Məsələ ilə tanış olan mənbələr bildiriblər ki, yeni nəsil qatlanan smartfonların uğurlu satışı üçüncü rübün maliyyə göstəricilərinə düzəliş edə bilər.
14 Avqust 2026
14 Avqust 2026