“Vodafone" şirkəti böyük ixtisara hazırlaşır

14:01 - 16.05.2023


16 may, Fineko/abc.az. Böyük Britaniyanın mobil operatoru “Vodafone Group Plc” şirkəti üç illik plan çərçivəsində böyük ixtisara hazırlaşır.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, sözügedən şirkət 11 min iş yerini ixtisar etməyi planlaşdırır. Analitiklər hesab edir ki, bu ixtisarlar həm əsas ofis-qərargahı, həm də yerli ofislərə təsir edəcək.

Bundan başqa, şirkət İspaniyada strateji biznesini yenidən nəzərdən keçirməli olacaq.

Qeyd edək ki, “Vodafone” səhmlərinin kotirovkaları çərşənbə axşamı erkən ticarətdə 4,2% ucuzlaşıb. Son bir ildə şirkətin kapitallaşması 28,3% azalıb.

Müəllif: Elmir Murad