14:46 - 12.05.2023
12 may, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Dövlət Statistika Komitəsi yanvar-mart aylarında Azərbaycanın xarici ticarət dövriyyəsini açıqlayıb.
ABC.AZ xəbər verir ki, 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 0.1 faiz, real ifadədə 5.1 faiz, o cümlədən idxal 13.7 faiz, ixrac isə 2.4 faiz artmışdır.
2023-cü ilin yanvar-mart aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 23.2 faiz, real ifadədə 19.2 faiz artaraq 912.2 milyon dollar təşkil edib.
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 25.3 faizi İtaliya, 13.8 faizi Türkiyə, 9.0 faizi Rusiya, 5.3 faizi Çin, 3.9 faizi Almaniya, 3.8 faizi İsrail, 3.5 faizi İspaniya, 3.2 faizi Yunanıstan, 3.1 faizi Hindistan, 2.7 faizi Rumıniya, hər biri 2.5 faiz olmaqla Çexiya və Fransa, 2.3 faizi Gürcüstan, 1.8 faizi Türkmənistan, 1.4 faizi Avstriya, hər biri 1.1 faiz olmaqla İran və Qazaxıstan, 1.0 faizi Vyetnam, 12.7 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.
18 Avqust 2026