Ötən ay əhaliyə göstərilmiş bu xidmətlərin qiyməti artıb - SİYAHI

15:46 - 10.05.2023


10 may, Fineko/abc.az. Aprel ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından bahalaşma əsasən yağlı boyalar, mebellər, məişət cihazları, minik avtomobilləri üçün ehtiyat hissələri, ucuzlaşma isə kəsilmiş taxtalar, mobil telefonların və yazı kağızlarının qiymətlərində müşahidə olunub.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Bu ilin aprel ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,4%, əvvəlki ilin aprel ayına nisbətən 110,7 % təşkil edib.

Aprel ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma mənzillərin icarə haqlarında, stomatoloji, bərbərxana, kosmetoloji, ictimai iaşə və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub.

Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.