Avrozonada pərakəndə satışlar azalıb

15:31 - 5.05.2023


5 may, Fineko/abc.az. Avropa Statistika İdarəsi (Eurostat) mart ayı üçün Avropa İttifaqı (Aİ) və Avrozonanın pərakəndə satış məlumatlarını açıqlayıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, Avrozonada pərakəndə satışlar mart ayında azalıb.

Belə ki, mart ayında fevral ayı ilə müqayisədə 1,2% azalma baş verib.

2022-ci ilin mart ayına nəzərən isə azalma 3,8% təşkil edib.