14:12 - 5.05.2023
5 may, Fineko/abc.az. Böyük Britaniyanın Brexitdən sonra Avstraliya və Yeni Zelandiya ilə azad ticarət sazişləri üzrə müzakirələrə başlayıb.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, sözügedən azişlər hər üç ölkədə 31 may 2023-cü il gecəsindən qüvvəyə minəcək.
Britaniya hökumətinin bəyanatına görə, azad ticarət sazişlərinin uzunmüddətli perspektivdə Avstraliya ilə ikitərəfli ticarəti 53%, Yeni Zelandiya ilə isə 59% artıracağı gözlənilir.
Nəzərdə tutulur ki, hər iki ticarət sazişi Böyük Britaniyanın bütün mallarının ixracı üçün gömrük rüsumunu aradan qaldıracaq ki, istehsalçılar daha rəqabətli şəkildə ixrac edə bilsinlər və Britaniya mütəxəssislərinin bu ölkələrdə yaşayıb işləməsini asanlaşdırsınlar.
18 Avqust 2026