Neft bahalaşır, Brent bir barel üçün $73,16 təşkil edir

09:25 - 5.05.2023


5 may, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti cümə günü hərracda artır.

Londonun ICE Futures birjasında Brent markalı neftin iyul fyuçerslərinin qiyməti saat 09:20–də $0,66 (0,91%) artaraq bir barel üçün $73,16-a çatıb. Mayın 4-də keçirilən hərracların nəticələrinə görə, Brent markalı neftin iyul fyuçersləri $0,17 (0,24%) artaraq bir barel üçün $72,50-a çatıb.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin iyun ayı fyuçerslərinin dəyəri saat 09:20-də $0,59 (0,86%) artaraq bir barel üçün $69,15-a çatıb. Mayın 4-də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin iyun fyuçerslərinin qiyməti $0,04 (0,06%) azalaraq bir barel üçün $68,56-a düşüb.