16:17 - 19.04.2023
19 aprel, Fineko/abc.az. Dünyada ən çox telefon satan marka “Samsung”un olduğu məlum olub.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu, 2023-cü ilin birinci rübünün sonuna dair araşdırmada öz əksini tapıb. Şirkət satışları ilə bazarın 22 faizinə sahib olmaq hüququ qazanıb.
ABŞ-ın texnologiya nəhəngi “Apple” isə “Samsung”un gerisindədir. “Apple”in bazar payı 21 faizə düşüb. Bununla belə, qeyd etmək lazımdır ki, “Apple”in bazar payı hər il artdığı halda, “Samsung”un bazar payı azalır. Keçən ilin eyni dövründə “Samsung” bazarın 24 faizində, “Apple” isə 18 faizində üstünlük təşkil edib.
Ən çox üstünlük verilən smartfon markalarını təqdim edirik:
1. Samsung (%22)
2. Apple (%21)
3. Xiaomi (%11)
4. OPPO (%10)
5. Vivo (%8)
6. Digər (%28)
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026