14:42 - 5.04.2023
5 aprel, Fineko/abc.az. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "Az Estetik Group" MMC tərəfindən "Haqsız rəqabət haqqında" qanunun tələblərinin pozulması əlamətləri üzrə araşdırmaya başlayıb.
ABC.AZ xəbər verir ki, Dövlət Xidməti bu araşdırmaya "Azcosmetics" MMC-nin müraciəti əsasında başlayıb.
Sözügedən şirkət iddia edir ki, "Az Estetik Group" MMC şirkəti "Azcosmetics" MMC-yə məxsus "CUATRO" və "WERTEX" əmtəə nişanlarından qanunsuz istifadə edir.
Antiinhisar Xidməti də bu müraciət əsasında "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin dördüncü abzasının və 9-cu maddəsinin ikinci abzasının tələblərinin pozulması əlamətləri üzrə araşdırmaya başlayıb.