Azərbaycanın Pakistandan düyü idxalı azalıb

15:51 - 6.03.2023


6 mart, Fineko/abc.az. Azərbaycanda Pakistan düyüsü üçün gömrük rüsumunun azad edilməsinə rəğmən onun idxalda payı öncəki ildən xeyli aşağı düşüb.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, 2022-ci ildə Azərbaycan xaricdən 50.02 min ton düyü almış (idxal dəyəri: $42.42 mln.-luq) və bu da miqdar baxımdan illik 9% artım deməkdir.

Baxmayaraq ki, Azərbaycanın əsas düyü tədarükçüsü olan Hindistan ötən il ixracla bağlı məhdudiyyətlər tətbiq etəyə başlayıb, Azərbaycan bu ölkədən idxalı artırmaqla 37 564 tona çatdırıb. Bu da illik müqayisədə düyünün Hindistandan idxalını 24%-dən çox artması deməkdir. Azərbaycanın idxal aparan şirkətləri bu ölkəyə düyü almağa görə $34.35 mln. valyuta ödəyiblər.

Hindistanın ümumi düyü idxaldakı payı 66%-dən 75%-ə qədər yüksəlib.

Beləliklə, Azərbaycan Hindistandan aldığı düyünün hər tonu 2021-cü il üzrə $824.5 idisə, 2022-ci ildə $914.3 qədər bahalaşıb. Bu illik müqayisədə hər tonun 11% bahalaşması deməkdir.